N.Hauq: “Çində siz bizim əsil sürətimizi gördünüz”

İki uğursuz Qran Pridən sonra Şanxayda Mercedes GP komandası daha inamlı təsir bağışlamışdı – Niko Rosberq uzun müddət yarışa başçılıq […]

İki uğursuz Qran Pridən sonra Şanxayda Mercedes GP komandası daha inamlı təsir bağışlamışdı – Niko Rosberq uzun müddət yarışa başçılıq etmişdi və yalnız yanacağın artıq məsrəfi üzündən sürəti azaltmalı olmuş və finiş xəttini beşinci keçmişdi, Mixael Şumaher isə 14-cü yerdən start alsa, yarışı 8-ci yerdə başa vurmuşdu.

Mercedes Motosport-un başçısı Norbert Hauq əmindir ki, qarşıdakı yarışları da komanda belə yüksək səviyyədə keçirəcək. Autosport həftəliyinin jurnalistləri ilə söhbətində qarşıdakı Türkiyə Qran Prisi barədə Hauq bildirib ki, “əlbəttə, mən vəd verə bilmərəm ki, biz qələbə qazanacayıq, amma əsas odur ki, biz maşının sürətini necə artırmağı başa düşmüşük, indi biz sürətliyik – Çində siz bizim əsil imkanlarımızı gördünüz.”

Malayziya yarışından sonra Ross Braun komandanın mühəndisləri ilə iclas keçirib, hər bir mühəndis böhrandan çıxış yolunu söyləyib. Nəticədə uik-endin gedişində işi başqa qaydaad qurmaq və təkərlərlə yanaşı taktikaya da xüsusi diqqət ayırmaq qərara alınıb. Bu iclasın nəticəsi isə Şanxayda bəhrə verib.

Norbert Hauq: “Düzdür, Çin yarışı mövsümün ilk yarışı olsa idi, mən çox razı olardım. Şanxay trası Sepanqdan elə də çox fərqlənmir: hər iki trasda düz yollarda maksimal sürət vacibdir. Amma indi biz maşını daha yaxşı başa düşürük. Ross mühəndislərlə iclas keçirdi və biz uik-endə başqa cür yanaşmağa başladıq.

Məsələn, artıq cümə günü dolu yanacaq bakı ilə çox işləsəniz, təkərlər tezliklə yararsız hala düşəcək, amma əgər sizin maşının balansı yaxşı olarsa, onda trasda çox qalmaq olar. Bu bizim inamımızı artırdı.”

Düzdür, düz yollarda istifadə etdiyimi arxa antiqanadın hərəkətli elementi ilə bağlı hələlik problemlərimiz var. Tezliklə problemi həll edəcəyik, bizim sistem digər maşınlarda olduğunzdan fərqlidir, bizim sistem işləyərkən effektliyi daha çox olur.

Bütün əməkdaşlarımıza minnətdarlıq etmək istəyirəm. Bilərək ki, maşın ikinci və ya üçüncü yeri tutmağa qadırdir, mən beşinci yeri qazanmağa üstünlük verərdim, nəinki, beşinci yeri tutmağa imkan verən maşınla rəqiblərin uğursuzluğu sayəsində ikinci və ya üçüncü yeri qazanmağa – amma bu nəticədən də imtina etməzdim…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*