N.de Friz: Keçmişlə yaşamıram

AlphaTauri komandasının sürücüsü Nik de Friz bildirib ki, keçmişlə yaşamır.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il Formula1-də ilk tam mövsümünü keçirəcək. O, 2019-cu ildə Formula2-də, 2021-ci ildə isə Formula E-də Dünya Çempionu olmuşdu.

Nik de Friz: “Keçmiş haqda çox düşünməyi sevmirəm. Əlbəttə, Formula E-dəki çempionluq Formula1-ə getdiyim yolda vacib idi, amma mən gələcəyə baxıram. Uğurlarıma görə minnətdaram. İndi məni daha böyük çətinliklər gözləyir və Formula1-ə keçdiyim üçün xoşbəxtəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*