N.de Friz Markoya zəng edib

AlphaTauri komandasının sürücüsü Nik de Friz bildirib ki, Helmut Markoya özü zəng edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il AlphaTauri komandası ilə Formula1-də ilk tam mövsümünü keçirəcək. O, Williams komandası ilə Montsada yarışmş və xallar qazanmışdı. Bundan sonra AlphaTauri onu Qaslinin əvəzinə komandaya gətirmişdi.

Nik de Friz: “2021-ci ildə Formula E-də Dünya Çempionu oldum və düşündüm ki, davamı gələcək. 2022-ci ilin əvvəlində Williams-da yarışmaq üçün Elbonla mübarizə aparırdım. Lakin məni seçmədilər.

Dekabrın 31-ə qədər Mercedes pilotu idim və əksəriyyət düşünürdü ki, orada qalacam. Amma Helmut Markoya zəng etdim və dedim ki, istəsə onun üçün yarışa bilərəm. Danışığımız üç dəqiqədən çox çəkdi və mənə dedi ki, sənə zəng edəcəm. Bir saatdan sonta mənə yığdı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*