Rəsmən: N.de Vriz Williams-la trasa çıxacaq

Mercedes-in Formula E sürücüsü Nik de Vriz bu həftəsonu Williams ilə Barseloanda trasa çıxacaq.

F-1.az xatırladır ki,komandalar bu il ən az iki sərbəst yürüşlərdə gənc sürücü çıxarmalıdırlar. Bu sürücü isə Formula1-də maksimum 2 yarış keçirməlidir. Bu il bunu ilk edən Wiliams olacaq. Formula1-in ən tutillu ikinci komandası Nik de Vrizi Barselonada birinci sərbəst yürüşlərdə trasa çıxaracaq.

Qeyd edək ki, niderlandlı sürücünün adı Nikolas Latifinin yeri üçün hallandırılır. Buna görə də Williams Barcelonada iki sürücünü müqayisə edə bilər.

Nik de Vriz: “Mənə fürsət verdikləri üçün Williams komandasına təşəkkür edirəm. Komandanı tanımaq, bolidi sürmək və Formula1-də trasa çıxmaq mənim üçün əla olacaq. Test üçün hazırlıqlar əla gedir və komanda mənə dəstək verir. İspaniyada bu təcrübəni yaşamaq üçün səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*