N.Bedrin F3-də debüt edəcək

F-1.az xəbər verir ki, Jenzer Motorsport komandası rusiyalı sürücü ilə müqavilə bağladığını sosial şəbəkələrdəki hesablarından elan edib.

Nikita Bedrin: “Formula3-də yarışmaq fürsəti əldə etdiyim üçün çox xoşbəxtəm! Mənim üçün bu, böyük və vacib addımdır. Çətinliyin öhdəsindən gəlməyə və ondan maksimum yararlanmağa hazıram. Jenzer Motorsport-da sürmək imkanı verdiyinə, bu şansa və mənə inandığına görə PHM Racing-ə böyük təşəkkürümü bildirmək istəyirəm. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm!”

Keçən mövsüm Bedrin əsasən İtaliya lisenziyası ilə çıxış edib. BƏƏ Formula4 yarışında o, 2 qələbə, 6 podium qazanaraq sürücülər arasında 4-cü, Formula4 Almaniyada 1 qələbə, 6 podium ilə 4-cü, Formula4 İtaliyada isə 2 podium ilə 12-ci yeri tutub. Bundan əlavə, Nikita mövsüm bitdikdən sonra Formula3-ün sentyabr testlərində üç gün çalışıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*