14 Oktyabr 2019, Bazar ertəsi - 03:32

M.Uebber RB6-nın sürətinə əmindir

M.Uebber RB6-nın sürətinə əmindir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:27 - 25 Mart, 2010

Mark Uebber tərəddüd etmir ki, Melburnda Red Bull komandası Bəhreynə nisbətən daha inamla çıxış edəcək, xüsusən də rəqiblər RB6-nın sürətli […]

Mark Uebber tərəddüd etmir ki, Melburnda Red Bull komandası Bəhreynə nisbətən daha inamla çıxış edəcək, xüsusən də rəqiblər RB6-nın sürətli olmasını etiraf edirlərsə…

Mark Uebber: “Bəhreyn qüvvələr nisbəti barəəd bizə ilk təsəvvürü verdi və sözsüz ki, bizim komanda bir çoxlarına nisbətən mövsümə daha yaxşı hazırlaşıb. Qarşıdakı uik-endin komanda üçün necə keçməsini gözləyək, baxaq görək Albert Park komandamız üçün nə hazırlayıb. Əminəm ki, bizim maşınımız çox sürətli olacaq, buna heç şübhə etmirəm, amma uik-endi uğurla başa vurmaq üçün yalnız süətimiz kifayət edəcəkmi – bu hələ məlum deyil.

Ferrari-nin cütlüyünü və Lyuis Həmiltonu unutmaq olmaz: Bəhreyndə Lyuis Niko Rosberqi pit-stopda qabaqladı. Ona görə qarşıdakı yarış maraqlı olacaq…”

Uebberin fikrincə, artıq Bəhreyndə məlum oldu ki, RB6 keçənilki maşından çox üstündür: avstraliyalı sürücü RB6-nı “çox sürətli maşın” adlandıran Həmiltonla razıdır…

Mark Uebber: “Əlbəttə, bu əla komplimentdir. Lyuis də daxil olmaqla ilk yarışın ən güclü sürücüləri etiraf ediblər ki, bizim maşın çox sürətli alınıb.

Amma yenə də, biz kiçik komanda deyilik, bütün kollektiv böyük iş görüb, keçənilki nailiyyətlərimizi və texniki reqlamentin o dərəcədə də dəyişməməsini nəzərə alsaq, bu səviyyəyə çatmaq elə də çətin deyildi – amma RB6 irəliyə doğru böyük addımdır.

Düzdür, Bəhreyndə biz problemlərlə üzləşdik, amma Ferrari-nin uik-endi problemsiz keçməyib. Ümumiyyətlə, bütün uik-endi ideal keçirən komanda olmadı. Əlbəttə, Sebastyan üçün yarış daha məyusedici oldu – komanda bu problemdən düzgün nəticə çıxarıb. Xoşbəxtlikdən, bu Olimpiya oyunları deyil və biz dörd il gözləməli deyilik. Növbəti yarış artıq bu həftənin sonunda olacaq, amma biz mövsümü bütünlüklə fikirləşirik – çempionatda qələbə qazanamq lazımdır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 258
Teqlər
Paylaş

logo