Mucello testləri (1-3 may 2012-ci il)

3 may Quru. Buludlu. Havanın temperaturu +14°-24° C, trasın temperaturu +15°-30° C Mucello testlərinin son günü hava komandaların işinə mane […]
3 may

Quru. Buludlu. Havanın temperaturu +14°-24° C, trasın temperaturu +15°-30° C

Mucello testlərinin son günü hava komandaların işinə mane olmayıb. Bu gün maşınların demək olar ki hamısında ölçü cihazları quraşdırılıb – mühəndislərin yeniliklərin effektliyini yoxlayıblar.

Ferrari komandası testlərə qazburaxma sisteminin yeni versiyası ilə başlayıb, amma sessiyanın startında iki saat sonra Fernando Alonso 12-ci döngənin çınqıllı zonasında baryerlərə çırpılıb və bir də trasa nahardan sonra qayıdıb. Skuderiya bütün yeniliklərini bu gün göstərməyib, yeni diffuzoru və ön antiqanadı yalnız Barselonada görəcəyik.

muc3-fet2
İkinci dəfə qırmızı bayraqlar Pol di Resta 11-ci döngədə dayanarkən dalğalanıb. Nahardan sonra isə Heykki Kovalaynein Caterham-ində problemlər üzündən sessiya dayandırılıb. Serxio Peres pit-leynin çıxışında maşını saxladığı üçün marşallar daha bir dəfə qırmızı bayraqlara əl atmalı olublar. Pastor Maldonado səhər trasda bir neçə dövrə vurduqdan sonra mühəndislər onun maşınında elektronik problemlər üzə çıxarıblar və Pastor da trasa nahardan sonra qayıda bilib.

Pirelli Mucelloya sliklərin bütün tərkiblərindən gətirdiyi üçün komandalar müxtəlif təkər tərkiblərinin effektliyini qiymətləndiriblər, sıralanma turu rejimində və uzun məsafədə təkərlərin davranışını öyrəniblər – Avropa yarışlarında bir dövrədə təkərlərin optimal qızıdırlması vacib əhəmiyyət kəsb edəcək.

muc3-alo3
Protokollara isə Roman Qrojan başçılıq edib – 1:21.035, onun göstərdiyi nəticə üçgünlük testlərin ən yaxşı nəticəsi olub. Günün ən böyük məsafəsini isə Heykki Kovalaynen qət edib – 139 dövrə.

Beləliklə, testlər başa çatıb, növbəti dəfə komandalar gələn həftə Barselonada toplaşacaqlar…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 R.Qrojan Lotus Renault 1:21.035 66
02 S.Fettel Red Bull Renault 1:21.267 + 0:00.232 106
03 F.Alonso Ferrari Ferrari 1:21.363 + 0:00.328 98
04 D.Rikkardo Toro Rosso Ferrari 1:21.604 + 0:00.569 117
05 S.Peres Sauber Ferrari 1:22.229 + 0:01.194 118
06 N.Hülkenberq Force İndia Mercedes 1:22.325 + 0:01.290 55
07 P.Maldonado Williams Renault 1:22.497 + 0:01.462 63
08 N.Rosberq Mercedes AMG Mercedes 1:22.579 + 0:01.544 129
09 O.Törvi McLaren Mercedes 1:22.662 + 0:01.627 99
10 P.di Resta Force İndia Mercedes 1:23.002 + 0:01.967 34
11 H.Kovalaynen Caterham Renault 1:23.169 + 0:02.134 139
12 T.Qlok Marussia Cosworth 1:23.466 + 0:02.431 110

2 may

muc2-qro1

Quru. Buludlu. Havanın temperaturu +14°-24° C, trasın temperaturu +15°-36° C

Bu gün səhər Mucelloya duman çöküb, asfalt isə nəm olub, amma tezliklə səmaya qalxan günəş ətrafı qurutmağa başlayıb və komandalar dünən itirdikləri vaxtı kompensə etməyə başlayıblar. Komandaların çoxunda sürücü əvəzləməsi baş verib, Red Bull, Toro Rosso və Marussia isə günü sürücüləri arasında bölüblər.

muc2-kob2
Komandalar müxtəlif proqramlar üzrə hazırladıqları yenilikləri yoxlayıblar. Demək olar ki, hamı qazburaxma sisteminin konfiqurasiyası ilə və sazlanmalarla eksperimentlər ediblər – Pirelli-nin Mucelloya gətirdiyi tərkiblərin effektliyi mövsümün gedişində böyük rol oynayacaq.

Sessiyanın gedişində yalnız bir dəfə qırmızı bayraqlar dalğalanıb – nahardan sonra Kaumi Kobayaşinin Sauber-i 12-ci döngədə trasdan çıxıb. Pol di Restanın maşınında hidravlik problemlər aşkarlanıb və sürücü yalnız sessiyanın sonunda trasa çıxa bilib. Nahardan sonra Şarl Piki əvəz edən Timo Qlokun maşınında sükanının gücləndiricisini dəyişmək lazım gəlib.

mucello2
Yaxşı havaya baxmayaraq bu gün tribunlarda tamaşaçıların sayı az idi – sabah Fernando Alonso sükan arxasına qayıdacaq, elə tamaşaçılar da tribunlara qayıdacaqlar.

Günün ən böyük məsafəsini Mixael Şumaher qət edib -144 dövrə, Petrov, Massa və Senna da 100 dövrədən çox məsafə qət ediblər.

mucello3
Protokollara isə Roman Qrojan və kamui Kobayaşi başçılıq ediblər – fransalı sürücü nahardan əvvəl ən yaxşı nəticəni göstərib, yaponiyalı sürücü isə sessiyanın sonunda eyni nəticəni təkrarlayıb.

Sabah Mucello testləri başa çatacaq…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 R.Qrojan Lotus Renault 1:21.603 97
02 K.Kobayaşi Sauber Ferrari 1:21.603 + 0:00.000 87
03 S.Fettel Red Bull Renault 1:21.825 + 0:00.222 64
04 M.Uebber Red Bull Renault 1:21.997 + 0:00.394 54
05 F.Massa Ferrari Ferrari 1:22.257 + 0:00.654 106
06 J.E.Vern Toro Rosso Ferrari 1:22.424 + 0:00.821 65
07 D.Rikkardo Toro Rosso Ferrari 1:22.759 + 0:01.156 22
08 M.Şumaher Mercedes AMG Mercedes 1:23.404 + 0:01.801 144
09 Ş.Pik Marussia Cosworth 1:23.982 + 0:02.379 46
10 V.Petrov Caterham Renault 1:24.312 + 0:02.709 112
11 Q.Paffet McLaren Mercedes 1:24.480 + 0:02.877 59
12 T.Qlok Marussia Cosworth 1:24.499 + 0:02.896 37
13 P.di Resta Force İndia Mercedes 1:24.749 + 0:03.146 14
14 B.Senna Williams Renault 1:24.842 + 0:03.239 100

1 may

muc1-alo1

Yağış, sessiyanın ortasında qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +16°-24° C, trasın temperaturu +17°-27° C

Çoxdan idi Formula1 mövsümünün gedişində komandalar rəsmi testlər keçirmirdilər, bu gün çempionatın 12 komandasından 11-i (HRT komandası yeni bazasına köçməklə məşğuldur) Bəhreyn və İspaniya Qran Priləri arasındakı fasilə zamanı İtaliyanın Mucello avtodromuna toplaşıblar. Komandalar üç gün ərzində yeni elementləri yoxlamaqla mövsümün Avropa hissəsinə hazırlaşmalıdırlar.

Mucello tribunalara toplaşan Skuderiyanın azarkeşlərini və komandaları duman və yağışla qarşılayıb, amma tibbi helikopter səmaya qalxa bildiyi üçün sessiya vaxtında başlayıb – sürücülər boksları keçid təkərlərlə tərk ediblər. Hava ciddi modernizə proqramları planlaşdıran komandaların məhusldar işləməsinə mane olub.

muc1-ueb2
Bir çox komandalar bu gün ehtiyat sürücüləri trasa çıxarıblar – Jerom D’Ambrozio Lotus Е20-nin, Valtteri Bottas Williams FW34-ün, Jül Byanki Sahara Force İndia VJM05-in, Rodolfo Qonsales Caterham CT01-in sükanı arxasına keçiblər. İki komanda günü sürücüləri arasında bərabər bölüb – Mercedes AMG nahara qədər Niko Rosberqlə, nahardan sonra isə Mixael Şumaherlə işləyib, McLaren icə əvvəl Oliver Törvi ilə, sonra Qəri Paffetlə işləyib.

Tribunalara toplaşanlar Fernando Alonsonun trasa hər dəfə çıxmasını alqışlarla qarşılayıblar, nahardan sonra güclü yağış altında Mixael Şumaher yerli tamaşaçıları bir neçə dövrə salamlayıb. Paddokda zarafat ediblər ki, tribunalarda tamaşaçıların sayı Bəhreyn Qran Prisində olduğundan çox olub.

muc1-vern3
Sessiya qırmızı bayraqlarsız ötüşməyib – əvvəlcə Vern dördüncü döngədə dayanıb, sonra Alonso və Rosberq problemlərlə üzləşiblər. Yağış bir neçə dəfə dayanıb və yenə də başlayıb, nahara az qalmış günəş çıxıb və tras tez qurumağa başlayıb. Ona görə də sürücülər cəmi bir saat sliklərlə işləyə biliblər və fasiləyə yollanıblar.

Amma elə fasilə zamanı yağış başlayıb və sonra leysana çevrilib. Komandalar vəziyyətin yaxşılaşmasını gözləsələr də qırmızı bayraqlar dalğalanıb – buludlar üzündən hava elə qaralıb ki, tibbi helikopter yerə enməli olub.

Yaşıl işıq yandıqdan sonra trasa yalnız Alonvo və Şumaher çıxaraq yalnız tribunaları sevindiriblər. Sabaha hava proqnozu daha yaxşı hava vəd edir…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Alonso Ferrari Ferrari 1:22.444 46
02 M.Uebber Red Bull Renault 1:23.648 + 0:01.204 24
03 J.E.Vern Toro Rosso Ferrari 1:23.891 + 0:01.447 32
04 J.D’Ambrozio Lotus Renault 1:24.048 + 0:01.604 40
05 N.Rosberq Mercedes AMG Mercedes 1:24.100 + 0:01.656 49
06 K.Kobayaşi Sauber Ferrari 1:24.736 + 0:02.292 48
07 O.Törvi McLaren Mercedes 1:25.303 + 0:02.859 30
08 J.Byanki Force İndia Mercedes 1:25.475 + 0:03.031 19
09 R.Qonsales Caterham Renault 1:27.197 + 0:04.753 35
10 Ş.Pik Marussia Cosworth 1:27.359 + 0:04.915 45
11 V.Bottas Williams Renault 1:29.179 + 0:06.735 28
12 Q.Paffet McLaren Mercedes 1:50.898 + 0:28.454 4
13 M.Şumaher Mercedes AMG Mercedes 5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*