20 Sentyabr 2019, Cümə - 01:17

D.Klos Hispania-nın ehtiyat sürücüsüdür

D.Klos Hispania-nın ehtiyat sürücüsüdür

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:49 - 13 Fevral, 2012

Hispania komandası Dani Klosla 2012-c il mövsümü üçün ehtiyat sürücü müqaviləsi imzalayıb. Komandanın mətbuat xidmətinin verdiyi xəbərə görə, 23 yaşlı […]

Hispania komandası Dani Klosla 2012-c il mövsümü üçün ehtiyat sürücü müqaviləsi imzalayıb. Komandanın mətbuat xidmətinin verdiyi xəbərə görə, 23 yaşlı sürücü komandanın tamhüquqlu üzvü olacaq və bütün Qran Prilərdə komanda ilə birlikdə qatılacaq.

İspaniyalı gənc sürücü keçən il Hispania komandası ilə Abu Dabidə gənc sürücülərin testlərində iştirak etmişdi və yaxşı təəssürat yaratmışdı. İlk dəfə Dani yeni vəzifəsini martın 1-də Barselonada mövsümöncəsi testlərin üçüncü seriyasında icra edəcək…

Dani Klos: “Mən fəxr edirəm ki, Hispania komandasına qəbul olunmuşam. Bu mənim karyeramda vacib addımdır, bu mənim uşaqlıq arzum idi və mənim arzum, nəhayət, çin oldu.

Əminəm ki, Pedro de la Rosa və Narain Kartikeyan kimi təcrübəli sürücülərin yanında mən hələ çox şey öyrənəcəm. Səbirsizliklə sükan araxsına oturmağı gözləyirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 342
Teqlər
Paylaş

logo