M.Şumaher: “Uik-end uğursuz alındı”

Yarışın yekunlarını BBC-nin efirində şərh edən Mixael Şumaher məyus olmasını gizlətməyib – təcrübəli alman sürücü yalnız onuncu nəticə göstərə bilib, […]

Yarışın yekunlarını BBC-nin efirində şərh edən Mixael Şumaher məyus olmasını gizlətməyib – təcrübəli alman sürücü yalnız onuncu nəticə göstərə bilib, onun komanda yoldaşı Niko Rosberq isə ardıcıl ikinci podiumunu qazanıb…

Mixael Şumaher: “Siz də başa düşürsünüz ki, bu gün mənfi hisslər müsbət hisslərdən daha çoxdur. Startdan sonra mən hesab edirdim ki, təkər seçimi ilə biz düzgün qərar qəbul etmişik, amma bu səhv qərar oldu. Düzünü desəm, bütün uik-end mənim üçün uğursuz alındı. Məncə, biz McLaren komandasını təbrik etməliyik – onlar öz işlərinin öhdəsindən əla gəldilər.

Biz Lyuislə maraqlı mübarizə apardıq, bir dəfə maşınlar az qala toqquşsunlar, amma sonda onlar dubl qazandılar. Mən Niko Rosberqi də təbrik edirəm, o da podiuma qalxdı – ən azı ikimizdən birimiz bu gün çox xal qazandı.

Müasir keçid təkərlər əvvəlkilərdən çox fərqlənir, uzun məsafədə onları qorumaq asan deyil. Mənim üçün bu yeni təcrübədir. Bu gün havanı proqnozlaşdırmaq da çətin idi, başa düşə bilmirdik ki, yağış güclənəcək, yoxsa tras qurumağa başlayacaq, ona görə də nə təkəri vaxtında dəyişə bilirdik, nə də tam gücümüzlə hücum edə bilrdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*