S.Fettel: Bottasa görə ləngidim

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, ilk dövrədə Bottasın arxasında ilişib qaldığı üçün yarışı məhv olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 10-cu yerdən başlasa da, Bottasın startda ləng tərpənməsi ilə 17-ci yerə qədər geriləyib və günün sonunda 10-cu olaraq bir xalla razılaşıb.

Sebastyan Fettel: “Yarışın startı bizə baha başa gəldi. İlk döngədən sonra orta qrupun gerisinə düşdük. Buna baxmayaraq, 17-ci yerdən yüksələ bildik. Lakin daha çox xal qazana bilərdik. Valtteri pis start aldı və mənim gedəcək yerim yox idi. Orada sıxılıb qaldım. Ətrafım maşınlarla dolu idi və yer qazanmaq istərkən bolidin idarəetməsini itirib, tras xaricinə çıxdım. Beləliklə, hamı məni keçdi.

Bolidimizin tempi yaxşı idi. Soft təkrələrlə öndəkiləlrə mceyni tempdə gedirdik. Onluğa da qayıda bildik. Yaxşı yüksəldik. AlphaTaruri sürücülərini və bir McLaren-i qabaqladıq. Tempimiz yaxşı olsa da, startda geri düşmək çox pis oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*