17 Dekabr 2018, Bazar ertəsi - 07:03

K.Rəykkönen: “Çətin gün idi”

K.Rəykkönen: “Çətin gün idi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:09 - 11 İyun, 2016

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bolidin idarəetməsində problem yaşadığını və buna görə də çətin bir gün keçirtdiyini bildirib.

F-1.az xatırladır ki, Rəykkönen ikinci sərbəst yürüşlərdə Həmiltondan bir saniyə geridə qalaraq, 8-ci yeri tutub. Rəykkönenin komanda yoldaşı Sebastyan Fettel isə ikinci nəticə göstərib.

Kimi Rəykkönen: “Qətiliklə deyə bilərəm ki, ideal gün deyildi. Bolidi heç cür başa düşə bilmədik. Çətin günlərdən biri idi. Bolidin idarəetməsini yaxşılaşdırmaq istəsək də, alınmadı.

Bəzən trasın şəraiti tez-tez dəyişir və nə etsəniz də, heç biri işə yaramır. Bu gün də elə bir gün idi. Bir neçə şey sınadıq və bunları sabah da sınamalıyıq”.

Fettel isə daha nikbin görünürüb. Almaniyalı sürücü seansı Həmiltondan 0.257 saniyə geridə, ikinci yerdə başa vurub

Sebastyan Fettel: “Bolid burada özünü yaxşı aparır. Porebriklərə görə çox çətin bir gün keçirdik. Təkmilləşə biləcəyimiz sahələr var, ancaq ümumi götürsək, bolid yaxşı vəziyyətdədir. Buraya gətirdiyimiz detallar istədiyimiz performansı verdilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 220
Teqlər , , ,
Paylaş

logo