MotoGP-2022: Niderlandda poulun sahibi Banyayadır

Ducati-nin sürücüsü Assendə dövrəvi rekordu yeniləyərkən çempionatın lideri Fabio Kuartararo həlledici məqamda səhvə yol verib.

F-1.az bildirir ki, bu mövsüm dəfələrlə olduğu kimi, yenə də poul uğrunda gərgin mübarizə Ducati və Yamaha arasında olub. Bu dəfə hava da əlavə faktor olub – hər an yağış gözlənilib.

Son təsnifat mərhələsi Xorxe Martinin keçən ildən Maverik Vinyalesə aid olan tras rekordunu yeniləməsi ilə başlayıb – 1:31.708. Bu, ilk cəhdlər arasında ən yaxşı nəticə olub. Damalı bayrağa 5 dəqiqə qalmış, sürücülər yenidən trasa qayıdıblar. Xorxe 5-ci döngədə yıxılıb və daha sürətli cəhd edə bilməyib.

Françesko Banyaya 1:31.504 ilə həm trasın rekordunu ələ keçirib, həm də mövsümdə dördüncü poulunu əldə edib. Çempionatın lideri Fabio Kuartararo çınqıllığa çıxaraq Banyaya az fərqlə uduzub. Növbəti cəhdində isə 5-ci döngədə səhvə yol verib və yıxılmaqdan son anda qurtulub. Beləliklə, iki favorit bir həftə əvvəl Zaksenrinqdə olduğu kimi ən öndə yanaşı start alacaqlar.

Birinci seqment

Yer N Sürücü Motosiklet Komanda Dövrə Zaman Fərq
1 33 Bred Binder KTM Red Bull KTM Factory Racing 9 1:32.485
2 88 Migel Oliveyra KTM Red Bull KTM Factory Racing 9 1:32.550 + 0:00.065
3 10 Luka Marini Ducati Mooney VR46 Racing Team 9 1:32.787 + 0:00.302
4 36 Xoan Mir Suzuki Team Suzuki Ecstar 9 1:32.898 + 0:00.413
5 49 Fabio di Cannantonio Ducati Gresini Racing MotoGP 9 1:32.912 + 0:00.427
6 23 Enea Bastyanini Ducati Gresini Racing MotoGP 6 1:33.005 + 0:00.520
7 4 Andrea Dovizioso Yamaha WithU Yamaha RNF MotoGP Team 9 1:33.009 + 0:00.524
8 6 Ştefan Bradl Honda Repsol Honda Team 9 1:33.029 + 0:00.544
9 87 Remi Qardner KTM Tech3 KTM Factory Racing 8 1:33.093 + 0:00.608
10 21 Franko Morbidelli Yamaha Monster Energy Yamaha MotoGP 8 1:33.096 + 0:00.611
11 73 Aleks Markes Honda LCR Honda Castrol 9 1:33.113 + 0:00.628
12 32 Lorenzo Savadori Aprilia Aprilia Racing 8 1:33.467 + 0:00.982
13 25 Raul Fernandes KTM Tech3 KTM Factory Racing 8 1:33.652 + 0:01.167
14 40 Derrin Binder Yamaha WithU Yamaha RNF MotoGP Team 9 1:33.998 + 0:01.513

 

 

İkinci seqment

Yer N Sürücü Motosiklet Komanda Dövrə Zaman Fərq
1 63 Françesko Banyaya Ducati Ducati Lenovo Team 8 1:31.504
2 20 Fabio Kuartararo Yamaha Monster Energy Yamaha MotoGP 8 1:31.620 + 0:00.116
3 89 Xorxe Martin Ducati Pramac Racing 7 1:31.708 + 0:00.204
4 72 Marko Bezzekki Ducati Mooney VR46 Racing Team 9 1:31.796 + 0:00.292
5 41 Aleş Esparqaro Aprilia Aprilia Racing 8 1:31.868 + 0:00.364
6 43 Cek Miller Ducati Ducati Lenovo Team 8 1:32.124 + 0:00.620
7 5 Joan Zarko Ducati Pramac Racing 8 1:32.175 + 0:00.671
8 88 Migel Oliveyra KTM Red Bull KTM Factory Racing 8 1:32.272 + 0:00.768
9 42 Aleks Rins Suzuki Team Suzuki Ecstar 8 1:32.307 + 0:00.803
10 33 Bren Binder KTM Red Bull KTM Factory Racing 8 1:32.367 + 0:00.863
11 12 Maverik Vinyales Aprilia Aprilia Racing 8 1:32.424 + 0:00.920
12 30 Takaiki Naqakami Honda LCR Honda Idemitsu 8 1:32.967 + 0:01.463

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*