M.Mosli istefaya hazırlaşmır

Maks Mosli axşam bildirib ki, əgər Formula1-də vəziyyət normallaşmasa, çox güman ki, oktyabrda o FİA prezidentliyinə seçkilərdə yenidən öz namizədliyini […]

Maks Mosli axşam bildirib ki, əgər Formula1-də vəziyyət normallaşmasa, çox güman ki, oktyabrda o FİA prezidentliyinə seçkilərdə yenidən öz namizədliyini irəli sürəcək. Amma keçən il bu vaxt o söyləmişdi ki, növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək, deyəsən, idmanın tənəzzülü təhlükəsi onu qərarını dəyişməyə məcbur edib…

Maks Mosli: “Mən bu vəzifədə daim qalmaq istəmirəm, amma indiki böhran vəziyyət elə inkişaf edir ki, istəsəm də vəzifədən getməyim çətin olacaq. Ona görə də FOTA nə etsə, heç bir xeyri olmayacaq, çünki FİA-da hamı mənə deyir ki, bizim problemlər var, bizə hücum edirlər və sən qalmalısan.

Əgər mənim getməyim, Formula1-də sülh yaradarsa mən gedərəm. Amma hamı bilir ki, sülh olmayacaq, çünki FOTA növbəti qurbanını tələb edəcək, sonra daha birini və beləliklə davam edəcək, o vaxta kimi ki, FİA-sız idmana nəzarəti ələ keçirsin. Böhranın qızğın vaxtında vəzifədən getməzlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*