25 Avqust 2019, Bazar - 02:51

M.Şumaher kartodromda oğlu ilə birlikdə məşq edir

M.Şumaher kartodromda oğlu ilə birlikdə məşq edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:20 - 31 Yanvar, 2012

Formula1 sürücüləri adətən mövsümlərarası fasilədə formalarını saxlamaq üçün kartinqlə məşğul olurlar. Mixael Şumaher də istisna deyil, yeddiqat dünya çempionu İtaliyanın […]

Formula1 sürücüləri adətən mövsümlərarası fasilədə formalarını saxlamaq üçün kartinqlə məşğul olurlar. Mixael Şumaher də istisna deyil, yeddiqat dünya çempionu İtaliyanın Lonato şəhərciyinin kartodromunda 12 yaşlı oğlu Mika ilə birlikdə məşq edib. Maraqlıdır ki, bu kartodromda kartinq üzrə yüksək səviyyəli yarışlar keçirilir, ona görə də Şuminin nəticəsi hamını təəccübləndirib.

İtaliaRacing-in bildirdiyinə görə, Mercedes AMG komandasının sürücüsü bir dövrəyə 41.8 saniyə vaxt sərf edib və trasın rekorduna cəmi 0.2 saniyə uduzub. Mikaya gəlincə, onun nəticəsi barədə xəbər verilmir, amma gənc sürücü də diqqət mərkəzində olub, çünki Mika artıq bir neçə ildir kartinqlə məşğuldur və ilk uğurlarını qazanıb. Aydındır ki, Lonatoda balaca Şumaher dünyanın ən yaxşı müəllimindən peşəkar sürücü dərsləri alıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər
Paylaş

logo