M.Eriksson: “İnkişaf edirik”

Alfa Romeo Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, komandası 2017-ci ildə köhnə Ferrari mühərriyindən istifadə etsə də, yaxşı inkişaf edib.

F-1.az xatırladır ki, Eriksson keçən il tam mövsüm keçirməklə xal almayan yeganə sürücü olmuşdu. İsveçli sürücünün ən yaxşı nəticəsi isə Bakıdakı 11-cilik olmuşdu.

Markus Eriksson: “Sauber-in köhnə mühərriklə yarışacağını eşidəndə bilirdim ki, çətin mövsüm olacaq. Hamı 2016-cı ildə eyni halı yaşamış Toro Rosso-nun necə olduğunu görmüşdü. Amma biz şassimizi təkmilləşdirməyə çalışdıq və uğurlu alındı. Komandadakı hər kəs yaxşı işlədi və bolidi təkmilləşdirə bildilər. Bütün resurslarımızı 2018-ci ilə yönləndirdiyimiz üçün yay tətilindən sonra nəticələr pisləşdi. Amma gələn il belə olmayacaq. Güclü ortaqlarımız var və inkişafa davam edəcəyik. Qışda yaxşı işləyib gələn il güclü olmaq istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*