M.Mosli: “Hamının superlisenziyası olmalıdır”

Biz artıq yeni mövsümdə superlisenziyaların qiymətinin artması barədə xəbər vermişdik, sürücülər keçən illə müqayisədə bir neçə faiz çox vəsait ödəməli […]

Biz artıq yeni mövsümdə superlisenziyaların qiymətinin artması barədə xəbər vermişdik, sürücülər keçən illə müqayisədə bir neçə faiz çox vəsait ödəməli olacaqlar, amma məhz keçən il qiymətlər çox qalxmışdı və bu hətta Silverstounda sürücülərin tətilinə səbəb olacaqdı. O zaman məsələni FİA-nın gələcəkdə problemi araşdırması vədləri yoluna qoydu, amma federasiya məsrəfləri azaltmaqla özünə çatası məbləğləri azaltmaq fikrində deyil. Jurnalistlərlə görüşündə federasiyanın prezidenti Maks Mosli bir daha sürücülərin gəlirlərindən və bu ödəmələrin xoş məqsədlərindən danışıb…

Maks Mosli: “Mən hələ qiymətlərin qalxması barədə sənədə imza atmamışam, amma bunu həmişə çempionatın başlanmasına az qalmış edirəm. Amma sürücülərin həmkərlar ittifaqını (GPDA) xəbərdar etmək istəyirəm – Melburnda starta çıxmaq istəyən hər bir sürücünün ya superlisenziyası olmalıdır, ya da qoy onlar özlərinə başqa sənət tapsınlar.

Mən başa düşmürəm ki, bu narazılıq nə ilə əlaqədardır. Mən sürücülərə təklif etdim ki, gəlirləri barədə mənə deklarasiya göndərsinlər, biz də baxaq görək bəlkə səhv yoldayıq. Amma hələ heç bir sürücüdən belə bir məlumat almamışıq. Superlisenziyaya görə ödənilən məbləğlər elə həmin sürücülərin təhlükəsizliklərinə xərclənir, böyük maaş alıb və cəmi iki faizi itirməkdən qorxmaq ağılsızlıqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*