D.Hill bakılı sürücüyə köməyini təklif edib

Keçmiş dünya çempionu Deymon Hill keçən həftə Bakı küçələrində yerli sürücülərdən birinə kömək etməyə çalışıb.

F-1.az Drivetribe resursuna istinadən bildirir ki, Hill və onun Sky Sports kanalındakı həmkarı Ted Kravits cümə günü ikinci sərbəst yürüşlərindən sonra ölkəmizin paytaxtında gecə gəzintisinə çıxıblar və trasa yaxın küçələrdən birində VAZ-2107 markalı maşının sıradan çıxdığını görüblər.

“Gənc oğlan qəşəng bir qızı gecə gəzintisinə çıxarmışdı, amma onun Lada-sı xarab olmuşdu, ona görə də kefi pozulmuşdu, – Drivetribe yazıb. – Mən oğlana öz köməyimi təklif etdim, amma, deyəsən, qızın yanında onun xətrinə dəydim. Ona görə də hadisə yerindən uzaqlaşmağa üstünlük verdim…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*