24 Avqust 2019, Şənbə - 13:25

M.İlliyen: “Motorların səsini artırmaq olar”

M.İlliyen: “Motorların səsini artırmaq olar”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:05 - 25 Yanvar, 2015

Bir çoxları, o cümlədən Berni Ekklstoun müasir güc qurğularını səs azlığına görə kifayət qədər sərt tənqiq etmişdilər. İsveçrəli tanınmış mühəndis […]

Bir çoxları, o cümlədən Berni Ekklstoun müasir güc qurğularını səs azlığına görə kifayət qədər sərt tənqiq etmişdilər. İsveçrəli tanınmış mühəndis Mario İlliyeb hesab edir ki, müasir motorların səsini artırmaq mümkündür…

Mario İllyen: “Səs azlığının problemi ondadır ki, işlənmiş qazlar birbaş atmosferə deyil, uzun qazburaxma boruları ilə çıxarılır – buna görə də səs itirilir. Əgər ayrı bir klapan olsaydı və bunun köməyi ilə işlənmiş qazalar bir başa atmosferə buraxılsaydı, indiki motorlar əvvəlkilərdən daha gurultulu olardılar. Amma FİA bu addımı atmayacaq, çünki ehtiyat edirlər ki, komandalar bu klapandan çıxan qazlardan maşının arxasında asfalta yatma qüvvəsinin artırılmasında istifadə edə bilərlər.

Motorun səsini dirsəkli valın dövriyyəsini artırmaqla da çoxaltmaq olar, amma bu halda yanacaq sərfiyyatı artacaq”.

F-1.az xatırladır ki, Mario hazırda Renault Sport şirkətinə yeni motorların modernizəsində köməklik edir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 427
Teqlər , ,
Paylaş

logo