Renault Sport motorun etibarlılığının artırılması üzərində ciddi işləyir

2014-cü il mövsümü üçün hazırladığı Renault turbomotorunun dünənki təqdimatı zamanı jurnalistlər Renault Sport-un nümayəndələrinə qarşıdakı mövsümlə bağlı da suallar veriblər. […]

2014-cü il mövsümü üçün hazırladığı Renault turbomotorunun dünənki təqdimatı zamanı jurnalistlər Renault Sport-un nümayəndələrinə qarşıdakı mövsümlə bağlı da suallar veriblər. Keçən il V8 motorlarının bir neçə yaddaqalan imtinası jurnaslistlərin yadından çıxmayıb. Şirkətin baş motorçusu Remi Taffen sualları cavablandırıb…

Remi Taffen: “Əgər məsələnin ancaq texniki tərəfindən danışsaq, onda qış fasiləsi zamanı biz keçən il üzə çıxan etibarlılıq problemlərini həll etmək üzərində intensiv işləmişik. Problemlər göstərdi ki, hətta motorun modernizəsinin dondurulduğu bir vaxtda bir çox detalları dəyişmədən yüksək etibarlılıq əldə etmək mümkün deyil.

Hər bir yarışda xarakteristikasının dəyişdirilməsini tələb edən motorun effektliyinin maksimum artırılması ilə yanaşı etibarlılıq problemlərinin həll olunması asan iş deyil – bütün istehsal proseslərinə diqqət və nəzarət olmalıdır. Həm də məhsulun keyfiyyətini də unutmamalıyıq. Bunlar müxtəlif vəzifələrdir.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*