21 Sentyabr 2019, Şənbə - 06:55

Mercedes GP texniki şöbənin strukturunu dəyişib

Mercedes GP texniki şöbənin strukturunu dəyişib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:36 - 28 Fevral, 2011

Keçənilki mövsüm başa çatdıqdan sonra Mercedes GP komandasının ştatında kadr dəyişiklikləri baş verib. Ross Braun texniki şöbəni gücləndirib – Toni […]

Keçənilki mövsüm başa çatdıqdan sonra Mercedes GP komandasının ştatında kadr dəyişiklikləri baş verib. Ross Braun texniki şöbəni gücləndirib – Toni Ross və Mark Sleyd kimi yarış mühəndislərini komandaya dəvət edib, bu yaxınlarda isə Bob Bell komandaya qoşulub və aprelin 1-dən texniki direktor postunu tutacaq.

Auto Motor und Sport-a müsahibəsində komandanın başçısı yeni strukturdan danışıb…

Ross Braun: “Keçən il bizim texniki ştatımız komitə kimi fəaliyyət göstərirdi, indi isə cidd təşkilat qurulub. Con Ouen yeniliklərlə məşğul olacaq, Rassel Kuli etibarlılığa cavabdehdir, Əndryu Şovlin yarış mühəndislərinə başçılıq edir və bazada mühəndislərin hərəkətlərinə nəzarət edir.

Cok Kliaa Niko Rosberqin yarış mühəndisi olacaq, Malayziya Qran Prisindən onu Toni Ross əvəz edəcək, Cok isə uik-endin gedişində bazadan yarş briqadasını dəstəkləyəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 307
Teqlər
Paylaş

logo