Ş.Lekler: Hər şeyi düzgün etməliyik

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, hər şeyi düzgün etsələr, yaxşı nəticələr gələcək.

F-1.az xatırladır ki, monakolu sürücü Barselonada inamla qələbəyə getdiyi yerdə maşını sıradan çıxıb və mübarizəni dayandırmalı olub. Növbədə isə vətəni Monakoda yarış var. Lakin Lekler doğulub-böyüdüyü Monakoda çıxdığı 3 yarışda da finiş görə bilməyib.

Şarl Lekler: “Çempionatda lider olsaq da, olmasaq da, işə eyni cür yanaşırıq. Qazanılan hər xal dəyərlidir. Çox güclü rəqiblərimiz var və ən xırda səhv nəticəyə təsir edir.

Mövsümün əvvəlindən hər şeyi düzgün edən komandalar qələbələr qazanır. İndi bu komanda Ferrari olmalıdır. Bunu edəcəyimizə inanırıq. Ancaq bilirik ki, bu asan olmayacaq. Trasa çıxmaq üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*