Mercedes də rəng çalarını dəyişib

Mercedes komandası irqçiliklə mübarizə aparmaq üçün yeni mövsümdə qara rəng çaları ilə yarışacaq.

F-1.az xatırladır ki, Almaniya təmsilçisi həmişə gümüşü rənglə yarışıb. Amma son 6 ilin çempionu bu il “gümüşü oxlar” yox, “qara oxlar” olmağa qərar verib.

Yeni rəng çalarında İNEOS-un qırmızı loqotipi, mühərrik qapağındakı ulduzlar və titul sponsoru olan Petronas-ın xətləri eyni olaraq qalıb. Halo üzərinə isə “End Racism” yazısı əlavə edilib.

Toto Volff: “İdmanımızda və komandamızda irqçiliyə və ayrıseçkiliyə yer yoxdur. Mercedes-in inancı budur. Ancaq səssiz qalsaq, bu inanclarımızı göstərə bilmərik. Səsimizi insanların bərabərliyi üçün istifadə edəcəyik. Bu ilin tamamında qara rəng çaları ilə çıxış edəcəyik”.

Qeyd edək ki, Mercedes yeni mövsümdən əvvəl rəng çalarını dəyişən ikinci komanda oldu. Daha əvvəl Williams komandası titul sponsoru ROKiT ilə yollarını ayırdığı üçün rəng çalarını dəyişmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*