Mercedes builki maşını 2018-ci ildə düzəltməyə başlayıb

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, builki bolidlərinin üstündə 2018-ci ildə işləməyə başlayıblar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” son altı ildə bütün titulları silib-süpürüblər. Ancaq belə görünür ki, almanların gözü doymaq bilmir. Keçən il 15 qələbə qazanaraq, növbəti dəfə çempion olan Mercedes bu il də aşkar favoritdir.

Ceyms Əllison: “Əbu Dabi yarışından sonra vaxt çox tez keçdi. Yeni mövsümü səbirsizliklə gözləyirik. Formula1 fanatları üçün mövsüm bitir və bir neçə aydan sonra yeni bolid təqdim olunur. Amma bundan əvvəl uzun bir proses olur. 2020-ci il bolidi barədə ideyalar 2018-ci ilin sonunda çıxıb. Təsəvvür edin, önümüzsə 2019-cu il var idi və yeni mövsümün bolidi heç işə düşməmişdi. Düzdür, bəzi detalların dəzgah testlərinə yeni başladıq, lakin bu il nə edəcəyimizi əvvəldən bilirdik. Yeni bolid hazırlamaq prosesi uzun olur. Yavaş-yavaş başlayır və gərginlik vaxt keçdikcə artır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*