FİA bütün ERS sistemlərini araşdıracaq

Almaniya mətbuatının yaudığı xəbərə görə FİA bütün mühərrik istehsalçılarının ERS sisteminini araşdırmağa başlayıb.

F-1.az xatırladır ki, Belçika yarışından etibarən komandalar sıralanma turunda bayram rejimindən istifadə edə bilməyəcəklər. Ancaq FİA energini gücə çevirən ERS sistemimdən də şübhələnir. Buna görə də bütün istehsalçılar bu gün ERS sistemləri ilə bağlı xırdalıqları FİA-ya təqdim etməlidirlər.

Hələki sistemin araşdırılma səbəbi bilinmir. Hazırda bu sistemə iki sensor qoyulub. FİA bu sensorlarla ERS sistemindəki enerji axımını ölçür. Qaydalara əsasən ERS maksimum 163 at gücü qüvvət verə bilər. FİA düşünür ki, istehsalçılar sensoru aldatmağın yolunu tapa bilərlər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*