Məhkəmə Group Lotus-un apelyasiyasını rədd edib

Mayın sonunda Britaniyalı hakim Castis Piter Smit Formula1 çempionatında iki komandaya adlarında Lotus sözündən istifadə etməyə icazə vermişdi, Group Lotus-un […]

Mayın sonunda Britaniyalı hakim Castis Piter Smit Formula1 çempionatında iki komandaya adlarında Lotus sözündən istifadə etməyə icazə vermişdi, Group Lotus-un nümayəndələri bu qərarı apelyasiyaya vermişdilər.

Apelyasiyaya dünən baxılıb və rədd edilib, əvvəlki qərar qüvvədə saxlanılıb, Group Lotus məhkəmə xərclərini ödəməli olacaq. Çox güman ki, daha yüksək məhkəməyə yeni apelyasiya veriləcək, amma ekspertlər qərarın ləğvi ehtimalının kişik olmasını söyləyirlər, axı tərəflərin arqumentləri dəyişməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*