M.de Villota Marussia-nın test sürücüsüdür

İspaniyalı qadın sürücü Mariya de Villota Marussia komandası ilə test sürücü müqaviləsi bağlayıb və mövsümün sonunda Abu Dabidə gənc sürücülərin […]

İspaniyalı qadın sürücü Mariya de Villota Marussia komandası ilə test sürücü müqaviləsi bağlayıb və mövsümün sonunda Abu Dabidə gənc sürücülərin testlərində iştirak edəcək.

Keçən il Mariya Renault komandası ilə Pol Rikar testlərində işləmişdi, indi isə Emilio de Villotanın 32 yaşlı qızının yeni şansı peyda olub…

Mariya de Villota: “Mən Marussia F1 Team komandasına qoşuldum, Formula1 komandası ilə sıx əməkdaşlıqda işləmək imkanı qazandım.

Mən komandanın bir üzvü olacam, onunla birlikdə ilk yarışa hazırlaşacam və ümid edirəm ki, bu müqavilə Formula1-də növbəti məqsədimə çatmağa kömək edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*