McLaren MCL35M-in təqdimat tarixini açıqlayıb

Bu gün Mercedes motorunu yeni maşınında işə salan McLaren həm də maşını tanıdacağı tarixi elan edib.

F-1.az xəbər verir ki, MCL35M fevralın 15-də Bakı vaxtı ilə 23:00-da onlayn rejimdə nümayiş olunacaq. Qeyd edək ki, McLaren təqdimat tarixini elan edən ikinci komandadır. Daha əvvəl isə Alfa Romeo yeni maşını C41-i Polşanın paytaxtı Varşavada təqdim edəcəyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*