McLaren İndyCar üçün hazırladığı yeni maşını təqdim edib – VİDEO

Bu il McLaren komandası rəsmən İndyCar-a qayıdır - Arrow McLaren SP komandası Amerika yarış seriyasında mövsümün bütün yarışlarında çıxış edəcək.

F-1.az xatırladır ki, yeni Arrow McLaren SP komandası Arrow Schmidt Peterson Motorsports-la əməkdaşlığın nəticəsində yaradılıb. Bu il komandanın şərəfini Patrisio O’Vard və Oliver Eskyu qoruyacaqlar, maşınlarda isə Chevrolet mühərrikləri çalışacaq.

Arrow McLaren SP

Jil de Ferran, McLaren-in idman direktoru: “Bu gün komandanın tarixində başladığımız yeni fəsil haqqında düşünmək üçün əla zamandır. Arrow McLaren SP layihəmizin başlamasından keçən aylarda artıq iki gözəl gənc sürücü ilə müqavilə bağladıq və böyük sponsorların dəstəyini əldə etdik.

Atlantikanın hər iki tərəfində, həm Britaniyada, həm də İndianapolisdə çalışan bütün əməkdaşlarımıza səylərinə görə təşəkkür edirəm. Düşünürəm ki, rəsmi təqdimatımız hər kəs üçün həyəcanverici məqamdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*