L.Norris: Red Bull-un işini çətinləşdirəcəyik

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Red bull-un işini çətinləşdirməyə çalışacaqlar

F-1.az xatırladır ki, britaniyalı sürücü komanda yoldaşı Oskar Piastridən cüzi fərqlə geridə qalaraq, üçüncü olub.

Lando Norris:  “Komanda olaraq bizim üçün gözəl gün idi. Bu gün Oskar Piastri və həmişəki kimi Maks Ferstappen əla iş gördü. Bura çətin trasdır. Həmişə hər şeyi bir araya gətirmək olmur. Suzuka çox sürətlidir və ən xırda səhv sizə baha başa gələ bilər. Buna görə də dövrəmdən çox razıyam. Yaxşı gün idi və sabah üçün əla yerimiz var”.

Lando Norris düşünür ki, McLaren komandasının Suzukada yaxşı keçmişi var və buna görə yarışda hər şey ola bilər: “Keçmişə baxanda görürük ki, McLaren inanılmaz hekayələrini həmişə Suzukada reallaşdırıb. Buna görə də yaxşı nəticəyə ümid edir və ənənəni davam etdirmək istəyirik. Təbii ki, çətin olacaq, çünki Maks və Red Bull həmişə əla işlər görürlər. Buna görə də onların işlərini çətinləşdirmək üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*