14 Dekabr 2019, Şənbə - 20:35

L.Norris nə olduğunu bilmir

L.Norris nə olduğunu bilmir

Müəllif: Rauf Hacıyev, redaktor

15:52 - 11 İyun, 2019

McLaren komandasının sürücüsü Lando Norris sonuncu Kanada yarışındakı asılqan probleminin səbəbini bilmir.

F-1.az xatırladır ki, britaniyalı sürücü xal zonasında olarkən sağ arxa asılqanı qırılıb və bunun nəticəsində mübarizəni dayandırıb.

Lando Norris: “Nə olduğunu bilmirik. Əyləclərlə bağlı problem var idi. Bunun nəticəsində başqa şey oldu. Amma heç nə deyə bilmərəm. Bu, əsəbpozucudur. Ona qədər Maks Ferstappenlə mübarizə aparmışdım. Yarışı tamamlamaq istəyərdim. Lakin bizim günümüz deyildi. Divara çırpılmadım. Hər şeyi düzgün elədim. Asılqan qırılmışdı. Lakin dəqiq bir söz deyə bilməyəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , , ,
Paylaş

logo