L.Norris seriyasını davam etdirmək istəyir

McLaren komandasının sürücüsü Lando Norris uğurlu seriyasını Monakoda da davam etdirmək istəyir

F-1.az xatırladır ki, gənc sürücü mövsümün ilk 4 yarışında yaddaqalan performans gösrərib və hazırda sürücülər Çempionatında 4-cü yerdədir.

Lando Norris: “Monakoda yenidən yarışacağım üçün həyəcanlıyam. Tarixi və çətin trasdır. Gulf rəngləri ilə yarışıb tarixə keçmək gözəldir.

Mavi və narıncı rəng birlikdə gözəl görünür və azarkeşlər bizim boliddən həzz alacaqlar. Bundan başqa Guıf rənglərinə uyğun dəbilqə taxacam.

Həm mənim üçün, həm də komanda üçün mövsüm yaxşı başlayıb. Lakin Monakoda bizi çətin həftəsonu gözləyir. Əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*