Norris xəstələnib və mətbuat konfransında iştirak etməyəcək

Bu gün Lando Norris özünü pis hiss edib və McLaren onların sürücüsünün FİA-nın bugünkü mətbuat konfransında iştirak etməyəcəyini açıqlayıb.

F-1.az xatırladır ki, Norris bu gün mətbuat mərkəzində jurnalistlərin suallarını cavablandıracaq 2-ci qrupda olmalı idi.

“Lando özünü yaxşı hiss etmir, qida zəhərlənməsi şübhəsi var, ona görə də bu gün hoteldə dincələcək. Onun sabahdan trasda işə başlayacağını gözləyirik. Tez sağal, Lando!”, – deyə komanda sosial şəbəkələrdəki səhifələrində məlumat paylaşıb.

Görəsən, Lando həftəsonu trasa çıxa bilməsə, onu kim əvəz edəcək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*