McLaren gənc sürücü proqramına başlayır

McLaren Racing gənc sürücülər üçün özünün inkişaf proqramının yaradıldığını elan edib. Layihə çərçivəsində McLaren Racing kartinqdən başlayaraq pilotların karyeralarını dəstəkləyəcək və inkişaf etdirəcək.

F-1.az xəbər verir ki, gənc istedadlara əlavə olaraq, yeni proqram digər yarış seriyalarından olan peşəkar sürücülərə Formula1 bolidinin sükanı arxasında təcrübə qazanmaq imkanı verməklə kömək edəcək. McLaren Racing proqramın Formula1-də, eləcə də İndyCar və Formula E-də öz komandaları üçün sürücülər təmin edəcəyini gözləyir.

McLaren-in gənclər proqramına İndyCar sürücüsü Pato O’Vard, F1 komandasının ehtiyat pilotu Aleks Palou və gənc sürücü Huqo Uqoçukvu daxildir. Layihəyə keçmiş Formula1 sürücüsü və Le Man qalibi Emanuel Pirro rəhbərlik edir.

Zek Braun, McLaren Racing-in baş direktoru: “McLaren gənc istedadları dünya səviyyəli sürücülər kimi yetişdirmək üzrə uzun tarixə malikdir və mən fəxr edirəm ki, biz bunu gələcəkdə də davam etdirəcəyik. Təcrübəli komandamız var ki, o, Emanuelenin rəhbərliyi altında gənc istedadı rəqabətədavamlı peşəkar sürücü kimi yetişdirmək üçün lazım olan dəstəyi və resursları təmin edəcək.

McLaren Formula1, İndyCar və Formula E yarışlarında güclü iştiraka malikdir. Bizim gənc sürücü karyerasını ilk addımlardan mükafatlı sürücü və ya test sürücüsünə qədər inkişaf etdirmək üçün hər cür imkanımız var. Artıq Pato, Aleks və Hüqonun da daxil olduğu bir qrup böyük istedadımız var. Mən şadam ki, onlar proqramımızın başlaması ilə öyrənməyə davam edəcəklər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*