19 Noyabr 2019, Çərşənbə axşamı - 02:17

McLaren çempionlar kimi işləyib

McLaren çempionlar kimi işləyib

Müəllif: Rauf Hacıyev, redaktor

20:09 - 18 Fevral, 2018

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, 2017-ci ildə şassi üzərində dayanmadan işləyiblər.

F-1.az xatırladır ki, britaniyalılar 2017-ci il mövsümünə böyük ümidlərlə başlasalar da, Honda mühərriklərinin etibarsızlığına görə testlərdə demək olar ki, işləyə bilməmişdilər.

Buna baxmayaraq, McLaren hər yarışa aerodinamik yenilik gətirməyə davam etmiş və şassinin ön plana çıxdığı traslarda sürücülər yaxşı nəticələr almışdılar.

Zek Braun: “Komandanın əhvalı heç vaxt düşmədi. Onlar inanılmazdırlar. Koridorda gəzərkən 20 çempionluq qazanmış möhtəşəm komanda üçün işlədiyinizi görürsünüz. Buradakı insanların həyatında ancaq McLaren var və ilk dəfədir belə şey görürəm. Digər şirkətlərdə işləyən insanların eyni həyəcana sahib olduqlarına əmin deyiləm. Bir Fortune500 şirkətinə gedin. Məsələn, Coca Cola. Mən orada işləməyi arzulayan adam görməmişəm. Amma burada hamı McLaren-də işləmək, ya da Ferrari-yə getmək istəyirlər. Son illərdə komanda məyus olsa da, heç kim təslim olmadı. İnkişafımız buna sübutdur. Bolidin performansı şassiyə görə artırdı. Mühərrik də güclənə bilər, amma biz hər həftəsonuna çempionluğa oynayan komandalar kimi hazırlaşırdıq. Əhvalımız yüksək olsa da, həyəcan yox idi. Səbəbi isə yarışların necə bitəcəyini proqnozlaşdırmağımız idi. Əsas düşüncəmiz nə qədər cəza alacağımız idi. Buna görə də qələbə istəyi daha da artdı və hamı uğura acdır. Bu da yaxşı haldır.

Renault mühərriklərinə keçəndən sonra komandada həyəcan artıb. İnsanlar çox işləyirlər. Yeni bokslarımız, mühərriyimiz olacaq. İki güclü sürücümüz var. Hər şey yaxşı olacaq. Erik Bulye hər şeydən razıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 339
Teqlər ,
Paylaş

logo