Y.Kapito vəzifəsindən uzaqlaşdırılıb

McLaren Racing-in baş icraçı direktoru Yost Kapito sentyabrın 1-dən başladığı vəzifəsindən ayrılıb.

F-1.az xatırladır ki, 58 yaşlı Kapito bu ilin əvvəlində McLaren Racing-in baş icraçı direktoru təyin olunsa da, komandaya sentyabrın 1-i qoşulmuşdu.

Autosport xəbər verir ki, Yost Kapito vəzifəsindən uzaqlaşdırılıb. Volkswagen Motorsport-un sabiq rəhbəri Kapito vəzifəsindən uzaqlaşdırılsa da, McLaren-də işləməyə davam edəcək. Amma əvvəlki kimi aktiv rollarda olmayacaq. Kapitonu komandaya gətirən isə səhmdarlar tərəfindən təqaüdə çıxarılan Ron Dennis olmuşdu. Amma Dennisin müqaviləsi gələn ay bitəcək və komandadan ayrılacaq.

Tərəflər bu barədə heç nə demək istəmirlər.

Bundan başqa McLaren-də 40 ildir işləyən marketinq şöbəsinin rəhbəri Əkrəm Sami də McLaren Group-dan ayrılıb. Sami və Dennis arasında çoxillik dostluq münasibəti var idi. Dennisin ayrılığından sonra Saminin də Mclaren-dəki vəzifəsinə son qoyulub…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*