M.Zurer: “Bottasın xarizması yoxdur”

Sabiq Formula1 sürücüsü Mark Zurer Mercedes-in sürücüləri Həmilton və Bottas ilə bağlı fikirlərini bildirib.

F-1.az xatırladır ki, Bottas bu ildən etibarən Həmiltonun komanda yoldaşı olacaq.

Zurer Bottasın Həmiltonla mübarizə aparmasından qorxur: “Məncə, Bottas xarizmalı sürücü deyil, amma yarış sürücüsüdür. İndiyə kimi qazandığı uğurlarda arxasında Felipe Massa var idi. İndi isə Lyuis Həmilton var. Buna görə də nələr edəcəyini görəcəyik. Əgər işlər asanlaşsa, Lyuis uğursuz ola bilər. Əks halda, inanmıram ki, Bottas onu keçə bilsin”.

Xatırladaq ki, Bottas 2013-cü ildə Maldonadonu, 2014-2016-cı illərdə isə Massanı xal olaraq geridə qoyub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*