M.Şumaxer Formula1-ə yaxındır

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Mik Şumaxeri növbəti il Formula1-ə gətirmək istəyirlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il Formula2-də ikinci mövsümünü keçirir və hazırda 79 xalla 5-ci yerdədir. Gənc sürücü keçən ilə nisbətən inkişaf edib və performansını davam etdirsə, növbəti mövsüm Alfa Romeo ilə F1-də debüt edə bilər.

Mattia Binotto: “Bu il Formula2-də yaxşı çıxış edir. Builki missiyası inkişaf etmək idi və bunu bacarır. Onunla tezliklə bir yerdə oturub gələcək planlar barədə danışacağıq. Məncə, Mikin növbəti il ortabab komanda ilə idmanda debüt etməsi məntiqli addımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*