M.Markes: Qolum əvvəlki kimi deyil

MotoGP üzrə altıqat Dünya Çempionu Mark Markes bildirib ki, sağ əli əvvəlki kimi işləməyəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2020-ci ilin ilk yarışı İspaniyada qəza etmiş və qolunu qırmışdı. Bundan sonra o bir neçə dəfə əməliyyat keçirməli olmuşdu.

Əməliyyatlardan sonra sağ qol sümüyü 30 dərəcədən çox fırlanmışdı. Buna görə də 2021-ci ildə 3 yarış qazansa da, problemlər yaşayırdı.

Buna görə də Mark 2022-ci ildə qolunu təzədən qırdıraraq, sümüyünü düzəltdirməyə qərar verdi və dördüncü dəfə əməliyyata girdi. 2022-ci ilin sentyabrında Araqon yarışı ilə qayıdan altıqat Dünya Çempionu bir poul, bir podium qazandı.

Mark Markes: “Əksər hallarda qolum barədə çox şey düşünürəm. Çox vaxt bu zədəni qəbul etmək çətin olur. Lakin sahib olduğunuza şükür etməlisiniz. Dörd dəfə əməliyyat olmuş qol əvvəlki kimi olmayacaq, çünki məhdudiyyətlər olur. Bu məhdudiyyətləri axtarmalı və fərqli şeylərlə kompensə etməlisiniz. Qolum barədə düşünmürəm. Əsasən özümü necə inkişaf etdirəcəyimi və buna necə öyrəşəcəyimi düşünürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*