K.Sayns: Markes Sennaya bənzəyir

Ferrari komandasının sürücüsü Karlos Sayns düşünür ki, yerlisi Mark Markes Formula1-ə gəlsə, Ayrton Senna kimi olacaq.

F-1.az xatırladır ki, Mark Markes hazırda MotoGP-də yarışır və o, 10 mövsümdə 5 çempionluq qazanıb. İspaniyalı MotoGP əfsanəsi aqressiv ötmələri ilə həmişə diqqət mərkəzində olub.

Karlos Sayns: “Markes Formula1-də yarışsa, Senna kimi olardı. Buna şübhə etmirəm. O da Senna kimi mümkünsüz şeylər edir”.

, ,