M.Markes: Honda güclü motosiklet verməsə, gedəcəm

Honda komandasının sürücüsü Mark Markes bildirib ki, HRC ona güclü motosiklet verə bilməsə, başqa komandaya keçəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2013-cü ildə Honda ilə MotoGP-də debüt edib və bu müddət ərzində 59 qələbə, 6 titul qazanıb. Lakin 30 yaşlı sürücü 2019-cu ildən sonra titula həsrət qalıb. Buna motosikletdən çox onun tez-tez zədələnməsi səbəbkardır.

Mark Markes: “Honda-ya hörmət edirəm və hörmət edəcəm. Zədələndiyim dövrlərdə mənimlə əlaqə saxladılar və həmişə maraqlandılar. İndi isə Honda ilə zirvəyə yüksəlməyi hədəfləyirəm. Lakin güclü motosikletim olmasa, daha yaxşısını tapmağa çalışacağam. Bunu onlara da dedim. İndi isə Honda-da qalmaq istəyirəm, amma ən böyük hədəfim titullar qazanmaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*