M.Həkkinen: Karlosun işi çətindir

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, Karlos Saynsın Ferrari-də işi asan olmayacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il McLaren-də mükəmməl performans göstərmiş və mövsümü 6-cı yerdə bağlamışdı. Gənc pilotun bu performansı onun Ferrari-yə keçidinə kömək edib.

Mika Həkkinen: “Karlosu tanıyıram. O, yaxşı oğlandır. Amma Ferrari komandası McLaren-dən fərqlidir. McLaren-dəki ab-hava çox ailə kimi səmimidir və sürücülər də rahat olurlar. Lakin Sayns Ferrari-yə gedəndə hər şey fərqli olacaq. Bütün istedadını əvvəldən göstərməlidir. Əks halda həyatı cəhənnəmə dönəcək. Ferrari kimi komandada boş vaxtınız olmaz. Hər şeyi düzgün etmək lazımdır. Söhbət təkcə dövrəvi nəticələrdən getmir. Digər şeylərdən də çox şey asılıdır.

Ferrari-də yarışırkən İtaliya mətbuatı sizə nəzarət edir. Qazana bilməyəndə üstünüzə gəlirlər. Yarışlar qazansa, hər şey əla olacaq. Ancaq Fettel tez-tez tənqid hədəfi olurdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*