S.Fettel: Lekler ayrı səviyyədədir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel gənc komanda yoldaşı Şarl Leklerə təriflər yağdırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Portuqaliyadakı sıralanma turunda 15-ci yeri tutduğu halda, komanda yoldaşı Lekler 4-cü olub.

Sebastyan Fettel: “Təkcə məni məğlub etmədi. Fərqli səviyyədədir. Əlimdən gələn hər şeyi etdim. Atdığım dövrələrdən razıyam, amma çox yavaşam. Hazırda bacardığım budur.

İkinci sessiyadakı ilk cəhdimdə özümü yaxşı hiss edirdim. Amma ikinci cəhdimdə təkərlər pis işlədi və qızdıra bilmədim. Üçüncü döngədə kilitlədim və məhv oldular. Bilmirəm təkərlər niyə qızmadı. Soft təkərlər həftəsonu ərzində tez yeyilirdi. Medium təkərlər daha dözümlüdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*