20 Avqust 2019, Çərşənbə axşamı - 03:46

M.Ferstappen komanda yoldaşını günahlandırır

M.Ferstappen komanda yoldaşını günahlandırır

Müəllif: Rauf Hacıyev, redaktor

12:20 - 02 Mart, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen testlərdə az işlədiklərinə görə komanda yoldaşı Pyer Qaslini günahkar hesab edib.

F-1.az xatırladır ki, Pyer Qasli testlərin həm ikinci, həm də yeddinci günündə qəzalar edərək, komandasının qızıl dəyərində test günlərini itirməsinə səbəb olub. Yeddinci gündəki qəzaya görə Red Bull komandası testlərin son günündə köhnə detallardan istifadə etməli olub və Ferstappen ötürmələr qutusu problemi yaşadığı üçün cəmi 29 dövrə vura bilib.

Maks Ferstappen: “Sahib olduğunuz iki detalı da itirsəniz, vəziyyət pis olar. Qaslinin qəzası buna səbəb oldu. Heyif. Detallar məhdud sayda olsa da, komanda maşını trasa qaytara bildi. Bəzən bəxtimiz gətirməyə bilər. Buna baxmayaraq, testlər bu il yaxşı oldu. Çoxlu dövrə vurduq. Bu gün ən yaxşı günümüz olmaya bilər. Lakin hər şey qaydasında olanda 100 dövrəni keçirdik. Buna görə xoşbəxtəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər ,
Paylaş

logo