21 Sentyabr 2019, Şənbə - 07:06

M.Ferstappen: “Heç nə dəyişməyib”

M.Ferstappen: “Heç nə dəyişməyib”

Müəllif: Rauf Hacıyev, redaktor

17:34 - 01 Mart, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen 2017-ci ildə ötmələrin azalacağı ilə bağlı iddiaları qəbul etmir və rəqibi izləməyin əvvəlki illərdəki kimi olduğunu deyib.

F-1.az xatıradır ki, hollandiyalı sürücü son iki ildə etdiyi cəsarətli hücumlarla yadda qalıb. 19 yaşlı sürücü dünən 2017-ci ilin bolidini test edib.

Qeyd edək ki, yeni bolidlərin asfaltayatma qüvvəsi əvvəlki bolidlərə nisbətən çoxdur və belə olan halda bolidlər döngələrə sürətlə daxil olur. Bu da ötmələri çətinləşdirir.

Lyuis Həmilton, Daniel Rikkardo və Felipe Massa testlərdən sonra bildiriblər ki, yeni bolidlərlə ötmə etmək çətin olacaq və ötmələr azala bilər. Amma Ferstappen əksini düşünür: “Bəzi bolidlərə çox yaxın idim. Problem yoxdur. Keçənilki ilə eynidir. Asfaltayatma qüvvəti çoxdur və belə olan halda döngələri sürətlə keçirsiniz. Gözləyək görək. Ümid edirəm ki, ötmə etməyimizə ehtiyac qalmaz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 371
Teqlər ,
Paylaş

logo