M.Blekemolen: Maksın Ferrari ilə titul qazanacağına pul qoyardım

Keçmiş Formula1 pilotu ulduz həmyerlisi, ikiqat dünya çempionu Maks Ferstappen haqqında danışıb.

F-1.az xəbər verir ki, Mixael gənc çempionunun Ferrari ilə də titul qazana biləcəyinə inanır.

Mixael Blekemolen: “Ferrari ilə Ferstappen dünya çempionu ola bilərdimi? Bəli, pulumu ona qoyardım. Məncə bacarar. Nəticəyə görə kim cavabdehdir, maşın yoxsa sürücü? Bu, bir çox komandalara aiddir. Maksı McLaren-ə qoyun və o, zirvədə olmasa da, cədvəlin ortasında olardı”.

, ,