K.Horner: Ferstappen ilk sektorda sürətli idi

Red Bull komandasının rəhbəri Kristian horner bildirib ki, Maks Ferstappen Mayamidə birinci sektorda çox sürətli olub və bunun hesabına komanda yoldaşı Serxio Peresə qarşı üstünlük qazanıb.

F-1.az xatırladır ki, Mayami trasının ilk 8 döngəsi əksərən sürətli döngələrdən ibarətdir. Hormer isə bildirib ki, Maks məhz bu hissədə sürətli olaraq, Çekonu geridə qoyub.

Qeyd edək ki, sıralanma turunda çıxan qırmızı bayrağa görə Peres yarışa pouldan, Ferstappen isə 9-cu yerdən başlamışdı. Lakin yarışda fərqli strategiya seçən niderlandlı sürücü 15-ci dövrədə ikinci yerə qədər yüksəlmiş və pitlərdən sonra da Peresi geridə qoyaraq, mövsümdə üçüncü qələbəsini qazanmışdı.

Maks Ferstappen: “Sadəcə ilk sektorda, deyəsən 3, 4, 5 və 6-cı döngələrdə Ferstappen çox üstünlük qazandı. Maks o sektorda çox mükəmməl idi. İlk sektor onun ən yaxşı olduğu yer idi. Məncə, bu döngələrin ardıcıllığından qaynaqlanır. Orada stabillik göstərmək çətindir. Maks bütün həftəsonu ərzində o sektorda inanılmaz idi. Ancaq bu hal trasdan trasa dəyişəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*