L.Stroll Ferrari-nin akademiyasına qəbul olunub

Ferrari özünün Gənc Sürücülər Akademiyasına 11 yaşlı kanadalı Ləns Strollu qəbul edib – Ləns akademiyanın ən gənc üzvü olub. Ləns […]

Ferrari özünün Gənc Sürücülər Akademiyasına 11 yaşlı kanadalı Ləns Strollu qəbul edib – Ləns akademiyanın ən gənc üzvü olub.

Ləns 2008-ci ildə Kanadanın kartinq çempionatında Rotax Mini Max sinfində iki qələbə qazanıb, Micro Max sinfində Monreal Kuboku və Kvebek Kuboku yarışlarında birinci olub. Keçən il isə hər iki sinifdə titul qazanıb.

Akademiyanın başçısı Luka Baldisseri bildirib: “Biz şadıq ki, Ləns bizə qoşulacaq. O çox gəncdir, amma kartinqdə çıxışları zamanı istedadlı olmasını göstərib. Biz onun inkişafını izləyəcəyik, tezliklə o Maranelloda dərslərə başlayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*