22 Avqust 2019, Cümə axşamı - 07:12

Avstriya-2016: Sıralanma turu

Avstriya-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:37 - 02 İyul, 2016

2014-cü ildə Avstriya trası təqvimə qayıtmışdı, ilk sıralanma turunda FİA dörd təkərlə trasın hüdudlarından kənara çıxan sürücülərin nəticələrini 14 dəfə ləğv etmişdi. 2015-ci ildə həmin hissələrdə konfiqurasiya dəyişdirildi, porebriklərin hündürlüyü artırılmış və süni ot örtüyü döşənmişdi, bundan sonra heç bir qanun pozuntusu qeydə alınmamışdı. Buna baxmayaraq, cari ağ-qırmızı porebriklərin arxasında daha hündür yeni sarı porebriklər quraşdırılıb. Cümə sərbəst yürüşlərində Maks Ferstappen iki dəfə bu porebriklər üzərində maşınını sıradan çıxarmışdı – əvvəlcə, antiqanadını, sonra isə asılqanını sındırmışdı, bundan sonra sürücülər sarı porebriklərdən uzaq durmağa çalışırdılar.

F-1.az xatırladır ki, bu gün səhər sonuncu məşqlərdə Niko Rosberq də qəzaya uğrayıb – 2-ci döngənin çıxışında adi porebrikin üzərinə arxa asılqan sınıb. Komanda maşının təmiri zamanı ötürmələr qutusunu dəyişdirdiyi üçün mövsümün lideri sabahkı yarışın startında 5 yer itirməli olacaq. Xatırladaq ki, eyni cəza Sebastyan Fettelə bir qədər əvvəl verilmişdi.

Sıralanma turundan əvvəl Toro Rosso-nun mexanikləri Karlos Saynsın maşını üzərində aktiv işləyiblər – nahardan əvvəl güc qurğusunda problemlər yaşanmışdı və bəzi bloklar, o cümlədən akkumulyator dəyişdirilib.

Red Bull Rinqə yeni asfalt qatı döşənib, təkərlərin asfaltla ilişməsi artıb, Pirelli yarışa ən yumşaq təkərlərini gətirib, ona görə də artıq dünən Rosberq trasın yeni rekordunu müəyyən etmişdi, bu gün səhər isə Fettel həmin nəticəni bir qədər də yaxşılaşdırıb. Sıralanma turunun ilk  dövrələrindən isə yeni rekordlar yazılmağa başlayıb.

İlk sessiyada asfaltın temperaturu +53 dərəcə olub, buna baxmayaraq UltraSoft təkərləri işçi rejimə dərhal çatdırmaq asan olmayıb və sürücülər dövrələr seriyasında işləməli olublar.

Peres birinci cəhdindən sonra yavaş-yavaş boksa qayıtmalı olub – onun da maşınında arxa asılqan sınıb. Rosberq protokollara başçılıq edib – 1:06.516. Sessiyanın sonuna iki dəqiqə qalanda qırmızı bayarqlar dalğalanmağa başlayıb – Daniil Kvyat sonuncu döngədə ciddi qəzaya uğrayıb.

Maraqlıdır ki, qəzanın səbəbi yenə də sınmış arxa asılqan olub – 8-ci döngənin çıxışında asılqan sındıqdan sonra idarəolunmaz maşın böyük sürətlə baryerlərə çırpılıb. Daniil zədələnməyib, maşını müstəqil tərk edib və 16 dəqiqədən sonra sessiyaya restart verilib.

Restartdan dərhal sonra Saynsın maşını tüstü buludu buraxaraq trasda dayanıb – yenicə bərpa olunmuş güc qurğusu işləməkdən imtina edib. Sessiya sarı bayraqlar altında başa çatıb. Mübarizəni Kvyat, Haryanto, Sauber və Renault komandaları tam heyətlə dayandırıblar, Paskal Verlyayn isə karyerasında ilk dəfə sıralanmanın ikinci sessiyasına adlayıb.

İkinci sessiyada Peres və Sayns trasa çıxmayıblar. Ferrari və Red Bull sürücüləri ən yaxşı nəticələrini SuperSoft təkərlərlə göstəriblər, Mercedes sürücüləri ikinci cəhdlərinə qırmızı təkərlərlə çıxsalar da, ilk cəhdlərində bənövşəyi təkərlərlə göstərdikləri nəticələrini yaxşılaşdıra bilməyiblər.

Həmilton protokollara başçılıq edib – 1:06.228, sessiyanın sonunda yağış damcılamağa başlayıb və Qutyerres, Verlyayn, Qrojan, Alonso üçün də mübarizə başa çatıb. Censon Batton isə mövsümdə ilk dəfə sonuncu sessiyaya keçib.

Yağış trası tam islatdıqdan sonra yavaşıyıb. Sonuncu sessiyaya sürücülər keçid təkərlərlə çıxıblar, ona görə də trayektoriya sürətlə qurumağa başlayıb. Protokolların yuxarısında sürücülər bir-birini əvəz ediblər, ən yaxşı nəticəni isə Həmilton göstərib – 1:16.232.

Son dəqiqələrdə isə hamı sliklərə keçib və daha bir cəhdə çıxıblar. Trasın vəziyyəti hər növbəti dövrədə yaxşılaşdığı üçün son saniyələrdə poulu Lyuis qazanıb.

Avstriyada karyerasının 54-cü, mövsümdə isə 5-ci poulunu qazanan Lyuis Həmilton sabah yarışa ilk mövqedən başlayacaq. Bu gün ikinci olmuş Niko Rosberq startda  yer itirəcək, ona görə də ilk cərgəni Niko Hülkenberq tamamlayacaq. Sebastyan Fettel də yer itirdiyi üçün ikinci cərgədən Censon Batton və Kimi Rəykkönen yarışa start verəcəklər.

Sabah bizi maraqlı start və yarış gözləyir!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG31:06.947611:06.22851:07.92210
26Niko RosberqMercedes AMG11:06.516621:06.40341:08.46510
337Niko HülkenberqForce İndia71:07.385991:07.25761:09.28510
45Sebastyan FettelFerrari21:06.761531:06.60231:09.78110
522Censon BattonMcLaren121:07.6537101:07.57251:09.90010
67Kimi RəykkönenFerrari61:07.240571:06.94061:09.90110
73Daniel RikkardoRed Bull91:07.500541:06.84061:09.9809
877Valtteri BottasWilliams51:07.148361:06.91161:10.4409
933Maks FerstappenRed Bull41:07.131351:06.86661:11.1538
1019Felipe MassaWilliams81:07.419581:07.14571:11.9779
1121Esteban QutyerresHaas141:07.66011111:07.5787
1294Paskal VerlyaynManor101:07.56510121:07.7007
138Roman QrojanHaas151:07.66212131:07.8507
1414Fernando AlonsoMcLaren161:07.6717141:08.1545
1555Karlos SaynsToro Rosso111:07.61810150
1611Serxio PeresForce İndia131:07.6575160
1720Kevin MaqnussenRenault171:07.94110
1830Colion PalmerRenault181:07.9659
1988Rio HaryantoManor191:08.02611
2026Daniil KvyatToro Rosso201:08.4098
219Markus ErikssonSauber211:08.41812
2212Felipe NasrSauber221:08.44613

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 463
Teqlər , , , , ,
Paylaş

logo