L.Həmilton McLaren-ə görə təəccüblənib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, McLaren və Honda arasındakı tərəfdaşlığın belə uzun davam etməsinə təəccüblənib.

F-1.az xatırladır ki, britaniyalılar Honda ilə olan müqaviləni keçən həftə pozmuş və Renault ilə anlaşmışdılar.

Lyuis Həmilton: “Sözün açığı, bu qədər uzun müddət davam etmələrinə təəccübləndim. Mən gözləyirdim ki, bu hadisə daha tez reallaşar. İkisi üçün də çətin dövrlər oldu. McLaren-in böyük tarixi var və bu sözlər Honda-ya da aiddir. İkisini də pis halda və çarəsiz görmək yaxşı deyildi. İndi isə yeni başlanğıclar etmək üçün yaxşı şansları olacaq və ümid edirəm ki, bundan yaxşı istifadə edərlər. Bu xüsusən də Honda üçün daha yaxşı oldu. Ümid edirəm ki, yenidən rəqabətədavamlı olarlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*