Loik Serra: Komandanın formasını dəyərləndirmək hələ tezdir

Bu il mövsüm ərzində maşınların təkmilləşdirilmə tempi o qədər yüksəkdir ki, qüvvələr nisbəti hər mərhələdə dəyişir. Ferrari komandasının texniki direktoru Loik Serra nəticə çıxarmağa tələsməməyə çağırıb…

Loik Serra: “Mövsümün hələ yalnız yarısı geridə qalıb. Nəticə çıxarmağa, komandanın forması barədə danışmağa tələsmək lazım deyil – mövsümün sonunu gözləmək və sonda hansı mövqelərdə olacağımıza baxmaq lazımdır.

Bu ilin bolidini hazırlayarkən əsas məqsədimiz yeni reqlament şəraitində onu təkmilləşdirmək üçün geniş imkan yaratmaq idi. Demək olar ki, uyğunlaşdıqca inkişaf prosesi indi də davam edir, buna görə də hər şey çox dinamik şəkildə inkişaf edir.

Bu il bizim üçün hələ çox şeyi kəşf etmək və çox iş görmək qalır, irəliləyiş tempini yüksək saxlamaq və bütün sahələrdə inkişaf əldə etmək üçün vəziyyətə mümkün qədər geniş baxmaq vacibdir”.

,